Səyahət zamanı getdiyiniz yerlərdə daha çox nəyə diqqət edirsiniz?
Paspartu hələ də bu səyahətin səbəbini anlamırdı. O, çaşqın nəzərlərlə
ağasına baxıb dedi:
– Cənab, sanki yuxudayam. Bir həftə əvvəl Fransada idik, indi isə Misirdəyik.
– Bəli, Paspartu, macəralara hazır ol. Dünən Avropadaydın, bu gün Afrikada.
İndi isə yolumuz Bombey şəhərinədir – Hindistana. Yəni bir neçə gündən sonra
Asiyada olacağıq.
Doğrudan da, bir müddət sonra onlar artıq Bombeydə idilər. Hər şey plan üzrə
gedirdi. Foq səyahətdən məmnun idi.
Bombey zəngin kitabxanaları, səs-küylü bazarları ilə məşhur idi. Paspartu
mister Foqdan icazə alıb şəhəri gəzməyə çıxdı. Gəzə-gəzə gəlib möhtəşəm bir
paqodanın qarşısına çıxdı. O bilirdi ki,
paqoda müqəddəs yerdir və yerli
camaat bu məbəddə ibadət edir.
Paspartu binaya daxil olmaq istədi. Elə
ayağını içəriyə qoymuşdu ki, bir neçə
adam onu tutub məbəddən çıxardı.
Neçə cüt qəzəbli göz Paspartuya dikildi.
Ziyarətçilər əl-qol ilə Paspartuya nə isə
deyirdilər.
Bir saat sonra Paspartu mister Foqun
qarşısında dayanıb başını aşağı salmışdı.
Mister Foq cərimə ödəyərək Paspartunu
polis şöbəsindən çıxarmışdı. O, üzünü
Paspartuya tutub sakit səslə dedi:
– Paspartu, paqodaya ayaqqabı ilə
daxil olmaq qadağandır. Yadında saxla,
hər bir ölkədə yerli xalqın adət-
ənənələrinə
hörmətlə yanaşmaq
lazımdır.
Ertəsi gün yola çıxan səyahətçilər uzun
macəralardan sonra Yaponiyaya çatdılar.
Buradan gəmi onları Sakit okeanla
Amerikaya aparacaqdı.