Maşın şəkillərinə baxın.
Birinci maşını ikincidən fərqləndirmək üçün onu necə adlandırardınız?
Bəs üçüncü maşını o birilərindən necə fərqləndirərsiniz?
Hər hansı anlayışı dəqiq ifadə etmək üçün iki və daha artıq sözdən istifadə
olunur. Buna söz birləşməsi deyilir.
Sözlər nə qədər çoxdursa, məna bir o qədər konkret olur.
B
Verilmiş sözlərdən söz birləşməsi yaradın.
1. divar, qəzet; 2. rəng, festival; 3. ölkə, nümayəndə; 4. bayram, şənlik.
C
Nöqtələrin yerinə uyğun sözlər artırıb söz birləşmələri yaradın.
... həyat, ... müxbir, ... şəhər, ... bayraq, ... meşə, ... musiqi
Ç
Hər bir şəklə aid 2 və ya 3 sözdən ibarət
söz birləşmələri yaradıb yazın.
D
Söz birləşmələrini seçib yazın.
1. Ölkəmizdə qədim abidələr çoxdur.
2. Gənc müxbirlər Şəkiyə getdilər.
3. Şagirdlər məlumat vərəqi hazırladılar.