– Xanım Kianq, Azərbaycana xoş gəlmişsiniz.
– Xoş gördük. Bütün Azərbaycan xalqını salamlayıram.
– Xanım Kianq, bilirik ki, siz tanınmış rəqqasəsiniz. Bizə qədim
Çin rəqsləri haqqında məlumat verə bilərsinizmi?
- “Şirlər rəqsi” ən qədim rəqslərdən biridir.
Əfsanəyə görə, düşmən döyüşçüləri fillərin üzərində
Çinə hücum edirlər. Bu döyüşlərdə çinlilər böyük itki
verirlər. Onda Çin sərkərdəsi deyir ki, fillərin qarşısına
şirləri çıxarmaq lazımdır. Çünki şir yeganə heyvandır
ki, fil ondan qorxur. Amma Çində şirlər yaşamırdı.
Buna görə də hökmdarın əmri ilə parçadan çoxlu “şir dərisi” tikirlər. Bu “şir”lərin
parlaq rənglənmiş sifəti və yekə dişləri var idi. Hər dəriyə iki döyüşçü girib onu
hərəkətə gətirirdi.
Həlledici döyüş günü yetişir. Təbillərin gurultusu altında “şirlər” nərildəyərək
düşmən üzərinə atılırlar. Qorxmuş fillər süvariləri bellərindən ataraq qaçışırlar.
Çin ordusu tam qələbə çalır. Bu hadisədən sonra təntənəli günlərdə “şirlər rəqsi”
ifa edilir.
- Maraqlı müsahibə üçün sizə təşəkkür edirik.