Dil qaydaları
3
A
Aşağıdakı sözləri cədvələ uyğun qruplaşdırın.
Hindistan, Elgün, Məstan, Bakı, Alabaş, Ayla, Azərbaycan, Toplan, Əli
• "Ümumi”
- hamıya aid olan deməkdir.
Məsələn, “şagird” sözünü həm Fəridəyə,
həm Leylaya, həm də Toğrula aid etmək olar.
- “Şagird”, “abidə” sözləri ümumi isimlərdir.
- Fəridə, Toğrul, Atəşgah və s. adlar isə xüsusi isimlərdir. Çünki bu sözlər
hamıya deyil, ayrı-ayrı varlıqlara, fərdlərə aiddir.
B
Aşağıdakı ümumi isimlərə aid olan xüsusi isimlər deyin.
şəhər, müəllim, soyad, ölkə, kənd, pişik,
it, çay, oğlan, göl, qız
Xüsusi isimlərin ilk hərfi həmişə böyük yazılır.
Məsələn: Nizami, Gəncə, Naxçıvan, Türkiyə
C
Hansı cümlədə “aslan” sözü böyük hərflə yazılmalıdır?
1. Seymurla aslan Rəşidi dəstəkləyir, onu alqışlayırdılar.
2. Qoca aslan başını pəncələrinin üstünə qoyub yuxuya getdi.
Ç
Hansı sözlər yerindən asılı olaraq həm böyük, həm də kiçik hərflə yazılır?
Ceyran, Azərbaycan, Yasəmən, Arzu, Kür, Qafqaz, Zəfər
2-ci bölmə •
DÜNYAMIZI TANIYAQ