Bakı, cüdo, Qazax, Rəşid, yarış, idmançı, talış, final, Aslan, raund, Quba,
otaq, döyüş, Seymur, bayraq, qələbə
• Ad bildirən sözlərə isim deyilir. İsim canlı
və cansız varlıqların, eləcə də yerin,
məkanın adını bildirir, kim?, nə?, hara?
suallarına cavab verir.
arı, pambıq, üzüm, traktor, yazı, neft, qoruq, bağ, vətən, sənət
Bir çox varlıqları gözlə görmək, şəklini çəkmək mümkündür. Məsələn: bayraq, ağac.
Belə varlıqları bildirən isimlərə konkret isimlər deyilir.
Lakin elə varlıqlar da var ki, gözlə görünmür, yalnız təsəvvür olunur. Məsələn: fikir,
sevinc. Belə varlıqları bildirən isimlər mücərrəd isimlər adlanır.
dəniz, həyəcan, kitabxana, şair, Türkiyə, yaxşılıq, mühəndis, ağıl, qorxu,
hasar, qələbə