Türkiyə
Türkiyədə uşaqlar və gənclər yaşlılarla
salamlaşarkən xüsusi hörmət nümayiş etdirirlər.
Onlar əyilib böyüyün əlini öpür və alınlarına
qoyurlar.
Yaponiya
Yaponlar salamlaşarkən bir-birinə baş əyirlər.
Onlar öz böyükləri və müəllimləri ilə görüşərkən
başlarını daha çox əyirlər.
Cüdo və karate kimi yarışlarda da rəqiblər bir- birinə
baş əyirlər. Bu da həmin idman növlərinin
Yaponiyada yaranması ilə bağlıdır.
Hərbi salamlaşma
Yəqin ki, əsgər və zabitlərin salamlaşmasını
görmüsünüz. Onlar əllərini gicgaha aparmaqla
hərbi salam verirlər.
Bu salamlaşmanın da tarixi qədimdir. Yüzillər
bundan əvvəl döyüşçü-cəngavərlər niqab
taxırdılar. Dəbilqənin bir hissəsi olan niqab sifəti
zərbədən qoruyurdu.
Cəngavərlər bir-biri ilə qarşılaşarkən niqabı
alına qədər qaldırırdılar. Bununla da onlar
qarşısındakı adamın dost, ya düşmən olduğunu
təyin edirdilər. Zaman keçdikcə hərbi geyim
dəyişdi, amma bu jest hərbi salamlaşma kimi
qaldı.
Göründüyü kimi, salamlaşma adətləri müxtəlifdir. Amma onların məqsədi
eynidir: görüşərkən qarşıdakı adama hörmət ifadə etmək.