Ç
Sualları cavablandırın.
1. Rəşid hansı idman növü üzrə yarışlarda iştirak edirdi?
2. Rəşid niyə narahat idi?
3. Rəşidlə Seymur Aslanın qələbəsini necə qarşıladılar?
Düşün və cavab ver
D
Mətnə əsasən doğru fikirləri müəyyən edin.
1.Cüdo kollektiv idman növüdür.
2.Azərbaycanda bir çox azsaylı xalqlar yaşayır.
3.Cüdo idman növü Çində yaranıb.
4.Hər xalqın özünəməxsus dili var.
2
A
“Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” şüarını necə başa
düşürsünüz?
B
Müəllimin oxuduğu “Həmrəy olsun xalqımız” mətnini dinləyin.
Suallara cavab verməklə mətnin qısa məzmununu danışın.
1. Azərbaycan əhalisinin sayı nə qədərdir?
2. Mətndə azərbaycanlıların yaşadığı hansı xarici ölkələrin adı çəkilir?
3. Azərbaycanlıların ən çox yaşadığı ölkə hansıdır?
4. Müstəqillik qazandıqdan sonra ölkəmizdə hansı dəyişikliklər baş verdi?
5. Dünya Azərbaycanlılarının Həmrəylik Günü nə vaxtdan qeyd olunur?
6. Bu bayram hansı məqsədlə keçirilir?
C
Dinlədiyiniz “Həmrəy olsun xalqımız” mətnində hansı məlumat
yoxdur?
a) Azərbaycanlıların ən çox yaşadığı ölkə İran İslam Respublikasıdır.
b) Dünya Azərbaycanlılarının Həmrəylik Günü ümummilli liderimiz
Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunur.
c) Azərbaycan gəncləri ən çox Türkiyə universitetlərində təhsil alırlar.
Ç
Qruplarla iş
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr
olunmuş plakat hazırlayın.
1-ci fəsil •
Biz azərbaycanlıyıq