– Biz ləzgilər isə “kiudun” deyirik.
Aslan soruşdu:
– Deməli, sizin diliniz fərqlidir?
Rəşid cavab verdi:
– Dilimiz fərqli olsa da, hamımızın vətəni Azərbaycandır. Bu yarışlarda da
vətənimizi təmsil edirik. Necə deyərlər: “Hamı bir nəfər üçün, bir nəfər hamı
üçün”.
Nəhayət, final görüşü başladı. Rəşidin rəqibi, həqiqətən, çox güclü idi.
Yapon idmançısı elə birinci raundda fənd işlədərək yüksək bal qazandı. Rəşid
artıq özünə inamını itirirdi. Elə bu zaman kimsə onun adını səsləndirdi. Rəşid
zala nəzər saldı. Bu, Aslanla Seymur idi. Onların ardınca bütün azarkeşlər
qışqırmağa başladılar: “Rə-şid, Rə-şid...”
Rəşid bütün gücünü toplayaraq rəqibinə qarşı ağrıdıcı fənd işlətdi. Yerə
yıxılmış yapon idmançısı əlini iki dəfə tatamiyə vuraraq qışqırdı: “Maita!”
Hakim əlini yuxarı qaldırıb Rəşidi göstərdi. Bəli, idmançımız qalib gəlmişdi.
O artıq çempion idi.
Bu zaman Aslanla Seymur tatamiyə tərəf qaçdılar. Aslan əlindəki üçrəngli
bayrağı Rəşidə verdi. Onlar Azərbaycan bayrağını başları üzərinə qaldırdılar.
Bir-birinin çiynindən yapışıb dövrə vurdular:
– Yaşasın Azərbaycan! Yaşasın dostluq, həmrəylik!
Nə anladın?
B Mətnin məzmununa əsasən aşağıdakı sözləri izah edin.