Şəkilçilərin çoxu iki və ya dörd cür yazılır. Bu, sözün son saitindən asılıdır.
İki cür yazılan şəkilçilər:
(tərkibində a, ə saitləri olur)
maşından, həkimdən
buludlar, güllər
Dörd cür yazılan şəkilçilər:
(tərkibində ı, i, u, ü saitləri olur)
yağlı, qəmli
tozlu, güclü
baxdı, içdi
oxudu, gördü
Bu şəkilçilər ahəng qanununa uyğun olaraq dəyişir.
1.Mehman finişə birinci çat... . 3.O, Mehman... həyat yoldaşıdır.
2.Yusif bir ay xəstəxana... qal... . 4. Mehman velosiped... yıxılmışdı.
1-ci qrup:otaqda, güllü, işlə
2-ci qrup:evdən, balıqlar, kitabça
3-cü qrup:məktəbə, ballı, baxır
4-cü qrup:kitabı, duzlu, oxudu
Şəkilçini sözdən ayrı yazarkən ondan əvvəl defis (-) işarəsi qoyulur: -dı, -lar
Şəkilçinin neçə cür yazılması onun üstündə rəqəmlə göstərilir: