2-ci hissə
Yusif artıq ikinci həftə idi ki, xəstəxanada idi. Mehriban, gülərüz tibb
bacısı Nərgiz əlindən gələni edirdi ki, Yusifin kefi açılsın. Hərdən zarafatla
deyirdi: “Bax, məşhur futbolçu olanda məni unutma ha”. Yusif nəzakət xatirinə
gülümsəyir, amma kədərlə düşünürdü: “Mən?.. Futbolçu?.. Bu ayaqla?..”
Bir gün Nərgiz Yusifin dərmanını verəndə onun planşetini göstərdi:
– Yusif, deyəsən, sənə mesaj gəlib, oxumamısan.
Yusif planşeti götürüb mesajı oxudu.
Salam, Yusif. Mənim adım
Mehmandır. İdmançıyam.
Eşitdim, futbolda zədə
almısan. Vaxtilə mənim də
başıma gəlib. İdmançı üçün
yataqda qalmaq ağırdır,
bilirəm. Dedim, bir halını
xəbər alım, görüm necəsən.
Həvəsin olsa, sən də yaz.
Hərdən söhbətləşək”.
matç
yeniyetmə
qarabaqara
cərimə
hakim
bədbinləşmək
badalaq
Nərgiz gözaltı Yusifə baxırdı. Onun fikrə getdiyini görüb
soruşdu:
– Kimdir, Yusif? Təzə xəbər var?
– Mehman adlı bir idmançıdır. Mən heç onu
tanımıram.
Bundan sonra Yusif tez-tez Mehmanla yazışırdı. Məlum
oldu ki, Mehman velosiped idmanı ilə məşğul olur. Vaxtilə
velosipeddən yıxılıb möhkəm zədələnibmiş. O yazırdı:
“Düz bir il yataqda qaldım. Ancaq xəstəxanadan çıxandan sonra yenidən
idmana
qayıtdım. O vaxtdan bir çox beynəlxalq yarışların qalibi olmuşam”.
Son günlər Yusif hamı ilə həvəslə söhbət edir, gələcək planlarından danışırdı.
Xəstəxanadan çıxan gün Mehmandan yeni mesaj aldı:
“Eşitdim, xəstəxanadan çıxırsan. İki gündən sonra yarışlara qatılıram. Səni də baxmağa
dəvət edirəm...”
Yusif sevincini Nərgizlə bölüşdü. Nərgiz təbəssümlə dedi:
– Nə yaxşı! İstəyirsən, bir yerdə gedək?..
1-ci bölmə •
FƏRD VƏ TOPLUM