Yaradıcı iş
C Dinlədiyiniz mətn əsasında yazılmış ssenarinin bir hissəsi ilə tanış olun. Həmin hissəni səhnələşdirin.Natiqin qaldığı ev
(Natiq qapını açıb Cəfər müəllimi içəri buraxır. Otaq çox qaranlıqdır. İçəridə
Natiqdən başqa heç kim yoxdur. Natiqin rəngi hisdən qapqaradır.)
Cəfər müəllim: Onlar elə bilir ki, çoxsunuz. Neçə gündür burdasan?
Natiq: Yoldaşlarım şəhid oldu. Beş gündür ki, tək döyüşürəm.
Cəfər müəllim: (təəccüblə): Niyə çıxıb getmirsən? Axı təkbaşına nə
qədər döyüşə bilərsən?!
Natiq: (əli ilə qapının üstündəki bayrağa işarə edir): Bu bayrağı necə qoyub
gedim?! Sona qədər döyüşəcəyəm.
Cəfər müəllim: Biz 22 nəfərik. Sən təslim olmasan, bizi güllələyəcəklər.
Natiq: (qəzəblənmiş halda ayağa qalxır): Yox! Qoy məni güllələsinlər.
Ancaq sizin ölümünüzə razı ola bilmərəm!
(Natiq bayrağı götürüb sinəsinə sıxır. Sonra başının üzərinə qaldırıb düşmənə
tərəf gedir.)