Tamaşaya rəhbərlik edən Cabir müəllim dözməyib səhnəyə çıxdı.
Həsənə yaxınlaşıb ona tərəf əyildi:
- Nə olub, Həsən?
Həsən güclə dilləndi:
- Xəstəyəm, müəllim... Başım fırlanır... Bağışlayın...
Tamaşaçılar həyəcanla gözləyirdilər. Nəhayət, Cabir müəllim üzünü
tamaşaçılara tutub titrək səslə dedi:
- Hörmətli tamaşaçılar, baş rolu oynayan aktyorumuz Həsən
xəstələnib. Amma bu vəziyyətdə də o öz rolunu məharətlə
canlandırdı. Qəhrəmanımıza layiq bir şagird olduğunu sübuta yetirdi.
Mən onunla fəxr edirəm və belə bir
uşaq tərbiyə etdiyinə görə
valideynlərinə təşəkkürümü
bildirirəm.
Tamaşaçılar ayaq üstə bir neçə
dəqiqə aktyorları alqışladılar.
Yavuz Bahaduroğlunun
“Məsuliyyətli şagird” hekayəsi əsasında