Uşaq dayanacaqda tramvaydan düşdü. Vaqonumuz yerindən
tərpənəndə pəncərə şüşəsindən baxıb gördüm ki, həmin dilənçi uşaq
tramvay dayanacağında durub bir qırmızı almanı ləzzətlə yeyir. Əvvəl
heç nə anlamadım, sonra oğluma tərəf dönüb sualedici nəzərlərlə ona
baxdım. Oğlum gülə-gülə yavaşca mənə dedi:
- Dədə, almanın birini verdim dilənçi uşağa.
Bu işdən oğlum və mən çox razı qaldıq. Mən yüngüllük və könül
xoşluğu duydum.
Cəlil Məmmədquluzadənin
eyniadlı hekayəsi əsasında
Nə anladın?
B
Mətnlə bağlı suallara cavab verin.
1. Ata ilə oğlu hara getmişdilər?
2. Ata nə üçün oğluna onun istədiklərini almamışdı?
3. Ata niyə dilənçiyə pul vermədi?
C
Uyğunluğu müəyyən edin.
1. qanı qaralmaq a) susmaq
2. fikir götürmək b) bikef olmaq
3. ağzına su almaq c) şadlanmaq
4. kefi açılmaq ç) xeyli düşünmək
Nağıl və hekayələrdə rast gəlinən bəzi sözlər indi istifadə olunmur. Belə sözlərə
köhnəlmiş sözlərdeyilir. Məsələn, keçmişdə beşqəpiklik pul – şahı, iyirmiqəpiklik
isə abbası adlanırdı.