Cəmil yazını pozmaq istədi. Üstünə mürəkkəp yaydı. Pozulmadı! Qara
qələmlə rənklədi. Pozulmadı! Nə etsin? Yaxşı ki bu vaxt zənk çalındı.
Çantasını götürüp tez-tələsik məktəpdən çıxdı.
Dilimizdə elə samitlər var ki, oxşar səslənir.
Məsələn:
b – p
c – ç
d – t
g – k
B, c, d, g
samitləri ilə bitən sözlərin yazılışında
bəzən səhvə yol verilir. Məsələn:
kitab
bulud
pələng
çəkic
kitap
bulut
pələnk
çəkiç
1. ahən...(g, k)
2. rəqi...(p, b)
3. kobu...(d, t)
4. xər...(ç, c)
5. çələn...(k, g)
6. məktu...(b, p)
7. söyü...(d, t)
8. sevin...(ç, c)
1.məktəb , məktəbdə, məktəbə
2.ağac , ağacdan, ağaca
3.şagird, şagirddən, şagirdə
4.zəng, zəngdən, zəngə
Belə sözlərin düzgün yazılışını
müəyyən etmək üçün sözə saitlə
başlanan hissəcik artırmaq olar.
Məsələn:
məktəbin , şagirdə,
buludu və s.
palıt
planet
Ədalət
Azat
raket
manat
qanat
konfet
Murat
kainat