Kazım müəllim üzünü uşaqlara tutub dedi:
– Dostu sevərlər, onun haqqında ürəklə, açıq danışarlar. Daha oğrun-oğrun,
gizlin-gizlin yox. Bir də, dostu qoruyarlar. Ona dayaq olarlar. Çətinə düşəndə
günahı dostun üstünə atmazlar.
Cəmil bilirdi ki, bu sözlər ona deyilir. Öz-özünə düşünürdü: “Gör bir mən nə
etdim!”
Dərs başlandı. Cəmilin qonşuluğunda oturan qız ona dördqat bükülmüş kağız
uzatdı. Cəmil yavaş-yavaş onu açdı.
Vərəqdə yazılmışdı:
Cəmil Mahirin xəttini tanıdı…
Fuad Tarverdiyev