2
A
Sizcə, hadisələr necə davam edəcək? “Cəmil + Mahir” mətninin
davamını oxuyun. Öz təxminlərinizlə müqayisə edin.
ürəyi düşmək
boynuna almaq
dayaq olmaq
2-ci hissə
Ertəsi gün Cəmil Kazım müəllimi sinif otağının qarşısında görəndə ürəyi
düşdü. Kazım müəllim ondan soruşdu:
– Adın nədir?
– Cəmil.
– Adını, soyadını bura yaz görüm.
Cəmil çəkinə-çəkinə adını, soyadını
onun uzatdığı vərəqə yazdı.
– Nə yaxşı xəttin var, mənə tanış
gəlir. Hansı partada oturursan?
Cəmil gözucu partasının üstünə
baxdı. Yazılar aydınca oxunurdu.
Tutuldu.
Qorxa-qorxa dedi:
– Burada.
– Çox gözəl. Bəs bunu kim yazıb?
Cəmil udqundu. Nə desin, boynuna
alsın? Yox… Yox… Kazım müəllim
hirslənəcək. Cəmil başını aşağı salıb yavaşca dilləndi:
– Mahir.
– Doğrudan? Səhv etmirsən ki? Bəlkə, başqası yazıb?
– Yox… yox… o!
– Mahir dostundur?
– Hə…
Sinif yavaş-yavaş uşaqlarla dolurdu. Hamısı da onların başına toplaşıb
söhbətlərinə qulaq asırdı. Mahir də gəldi. Dostuna yaxınlaşanda yavaşca soruşdu:
– Nə olub, Cəmil?
Kazım müəllim onun kim olduğunu başa düşdü:
– Mahir sənsən? Bu yazılar sənin işindir?
– Xeyr.
– Bəs kimin xəttidir?
Mahir dinmədi. Çiyinlərini çəkdi. Başını aşağı salıb dayandı.