Cəmil musiqi dərsində idi. Sinif yoldaşları yeni mahnı öyrənirdilər. O isə
ağızucu zümzümə edirdi. Əlində balaca mismar var idi. Onunla partanın üstünü
cızırdı. Heç özü də bilmədi ki, nə vaxt
divara yazdıqlarını burada cızdı. Əl-ayağa
düşdü. Yazını pozmaq istədi. Üstünə
mürəkkəb yaydı. Pozulmadı! Qara
qələmlə rənglədi. Pozulmadı! Kazım
müəllim gəlib durdu gözlərinin
qabağında. Nə etsin? Yaxşı ki, bu vaxt
zəng çalındı. Cəmil çantasını götürüb
uşaqları itələyə-itələyə sinifdən bayıra
atıldı. Fikirləşdi ki, bəlkə, sabaha kimi
yazılar öz-özünə qaralıb görünməz olar…
Düşün və cavab ver
C
Cəmilin hansı hərəkətləri xoşunuza gəlmədi? Səbəbini izah edin.
Ç
Nə üçün Cəmil partanın üstünü cızanda qorxuya düşdü?
D
Bu mətn əsasında rollu oyun hazırlasanız, hansı obrazlar üçün
aktyorlar lazım olar?
A) Cəmil, Mahir
B) Cəmil, Kazım müəllim
C) Cəmil, Kazım müəllim, Mahir