Dil qaydaları
3 A
Verilmiş sözlərin düzgün yazılışını müəyyən edin.
təccüb
xayiş
kompot
zürafə
zəyif
təəccüb
xahiş
kampot
zurafə
zəif

Bəzi sözlərdə saitlərin deyilişi və yazılışı fərqlənir. Bu cür sözlərin yazılışında
bəzən səhvə yol verilir. Məsələn: ailə əvəzinə səhvən ayilə yazırıq. Sözlərin
düzgün yazılışı orfoqrafiya lüğətində əks olunur.

B Lüğətdən istifadə etməklə hər sütunda yanlış yazılmış sözü
müəyyənləşdirin.

1)

inşat
maaş
təbii

2)

teatr
fəal
sadət

3)

radio
şərayit
əcaib

4)

müraciət
ictimayi
kainat

C Cədvəldəki nümunələrə əsasən verilmiş sözlərin düzgün yazılışını
müəyyən edin.

dayirə
kansert
malicə
təccüb

dairə
konsert
müalicə
təəccüb

müdafiyə, sayit, dayimi, şayir
kanfet, kalbasa, kamandir
mayinə, masir
məttəl, təssüf

Ç Nöqtələrin yerinə uyğun hərfi əlavə edib sözləri köçürün.

üm...d (ü, i)
müd...r (ü, i)

k...mpüter (o,a)
m...bahisə (ü,u)

n...munə (ü,u)
həy...can (ə,a)

D Səhv yazılmış sözləri düzəldərək cümlələri köçürün.
1 Nayilənin atası I Qarabağ muharibəsində qəhramancasına vuruşub.
2. Sahat 17:00-da stadiyonda futbol yarışı keçiriləcək.
3. Avtamobil surətlə hərəkət edirdi.
4.Əziz məllimim , bayramınız mubarək!
1-ci bölmə • FƏRD VƏ TOPLUM