A
Oxuyun. Nömrələnmiş cümlələrin fakt, yoxsa təxəyyül olduğunu
müəyyən edin.
1. Sel çayların daşması nəticəsində baş verir.
2. Bir gün bir balıqçı dənizdə fırtınaya düşür.
3. Fırtınanın gücü 10-11 baldır.
4. Avstraliyada meşə yanğınları olur.
5. Alabaş hiss etdi ki, indicə zəlzələ olacaq.
6. Qağayı havada dövrə vurur, sanki insanları sunaminin gəlişindən
xəbərdar etmək istəyirdi.
7. Sunamidən əvvəl güclü zəlzələ baş verir.
B
Verilmiş mürəkkəb sözlərin tərkibinə diqqət edin. Onları aşağıdakı
cədvəl üzrə qruplaşdırıb yazın.
qəndqabı, qaragöz, yastı-yastı, enlikürək, tozağacı, yerfındığı, dilişirin,
hazırcavab, diliuzun, dadsız-duzsuz, səsli-küylü, əliəyri, gözüyaşlı
C
Mürəkkəb sözləri düzgün yazmaqla cümlələri köçürün.
1. Bağa-yarpağı və kəklikotu dərman bitkisidir.
2. Aydın sevdiyi şeirləri sətir-bəsətir əzbərləyir, özözünə söyləyirdi.
3. Mermeyvə dolu zənbili qapının ağzına qoyan oğlanın üstbaşı toz idi.
4. Qardaşının əyriüyrü xəttini görən Əsli üzgözünü turşutdu.
5. Dəniz dostlarını adba-ad evlərinə dəvət etdi.
6. Dosttanış yanında üzü-ağ olmaq üçün Rəşid gecəgündüz çalışırdı.
Ç
Cümlələrdə səhv yazılmış şəxs adlarını müəyyən edin.
1. Güldandakı çiçəklərin suyunu dəyişmək üçün çiçək mətbəxə keçdi.
2. Yarışı qazanmaq arzusu arzunu bir an rahat buraxmırdı.
3. Ən çox sevdiyi güllü donunu geyindiyi üçün güllü çox sevinirdi.
4. Hər il bahar baharın gəlişini səbirsizliklə gözləyir.
5. Dənizin coşqun dalğalarını seyr edən coşqun fikrə getmişdi.
6. Qardaşım qalib bugünkü yarışda qalib oldu.
4-cü bölmə •
TƏBİİ FƏLAKƏTLƏR