Dil qaydaları
3
A
"Daşqının təəccübü" şeirini xatırlayın. Nə üçün nənə nəvəsinin adını
Daşqın qoyub? Sizcə, hansı söz əvvəl yaranıb: şəxs adı Daşqın , yoxsa
hadisə adı daşqın ?
B
Sizcə, övladının adını Sevinc, Arzu, Coşqun qoyan valideynlər bunun
səbəbini necə izah edərlər?
Bəzi xüsusi isimlər ümumi isimlərdən yaranıb. Məsələn:
lalə
Lalə
aslan
Aslan
Belə xüsusi isimlərin əksəriyyəti insan adlarıdır. Bəzən sifətlər də xüsusi isim kimi
işlənə bilir. Məsələn: gözəl – Gözəl, sakit – Sakit
C
Hansı ümumi isimlər xüsusi isim kimi işlənə bilər?
məktəb, dəniz, külək, damla, daraq, cəsarət, ölkə, səfər, dəftər, nərgiz
Ç
Hansı sifətlər xüsusi isim kimi də işlənə bilər?
mehriban, şirin, gödək, kamil, qəribə, çiçəkli, ülvi, zəif, nadir, qorxmaz,
yaşıl, göyçək, zərif
D
Ailə üzvlərinizin, dostlarınızın adlarını xatırlayın. Həmin xüsusi
isimlərin hansı həm də ümumi isim kimi işlənir?
E
Verilmiş şəxs adları hansı sözdən yaranıb? Həmin sözlərin mənalarını
müəyyən edin və onları cədvəl üzrə qruplaşdırın.
Yasəmən, Nicat, Mətin, Pərvanə, Vüqar, Qara, Coşqun, Reyhan, Güllü,
Vurğun, Nazir, Arzu, Xəyal, İlham, İradə, Şahin, Zümrüd, Bəxtiyar, Mahir