Şeiri oxuyun və suallara cavab verin.
• Neçə bənddən ibarətdir?
• Hər bənddə neçə misra var?
• Şeirdə hansı sözlər qafiyələnir?
Şeirdə müəyyən misraların
sonluğu oxşar səslənir.
Buna qafiyə deyilir.
Misralarda heca sayının
eyni olması isə şeirdə ritm
yaradır.
Qafiyə və ritm şeirə xüsusi
gözəllik verir, onu hekayə və
nağıldan fərqləndirir.
GİCİTKƏN
Hasarların dibində
Gördüm tala-taladı.
İstədim yığım onu,
Əllərimi daladı.
– Uşaqları incitmə,
Ay davakar gicitkən,
Tikanların var deyə
Hamını incidirsən!
Zahid Xəlil
3-cü sinifdə oxuyan Adil kiçik bacısı Gülər haqqında şeir yazmaq istədi.
Şeirin birinci misrasını yazdı:
Bizim balaca Gülər...
Əla! İndi “Gülər” sözünə qafiyə tapmaq lazımdır.
Ağlına gələn ilk söz “səhər” oldu.
Adil ikinci misranı yazdı:
İdman edir səhər-səhər.
Adil hər iki misranı oxudu. Nə isə xoşuna gəlmədi.
Bəlkə, qafiyələnən söz “səhər” yox, “hünər” olsun?
Hər gün göstərir hünər.
Bax bu, başqa məsələ! Adil şeirinə davam etdi.
Nə anladın?
C Adilin yazdığı misralarda hecaların sayına diqqət edin. Sizcə, nə üçün “İdman edir səhər-səhər” misrası Adilin xoşuna gəlmədi?Yaradıcı iş
Ç Siz də hər hansı dostunuz, qohumunuz və ya sevimli məşğuliyyətiniz