Evdə dərsə hazırlaşarkən köməyə ehtiyac olanda kimə müraciət
edirsiniz?
Bir gün Daşqın çağırdı
Sevimli nənəsini:
– Nənə, fəlakət nədir?
Öyrət, bilim dərsimi.
Nənə dedi: “Qulaq as,
Yaxın otur, ay bala.
Bildiyimi söyləyim,
Dərsindən qalma dala.
Təbiətdə çox şeyə
İnsanın gücü çatmır.
Vulkan, uçqun, zəlzələ
Heç ipə-sapa yatmır.
Fırtına yellə gəlir,
Sunami sellə gəlir.
Daşqının şiddətindən
Lal daş da dilə gəlir”.
Daşqın dedi: “Ay nənə,
Fəlakətdirsə daşqın,
Bəs onda sən adımı
Niyə qoymusan Daşqın?”
Nənə dedi: “Sən mənim
Günəşimsən, Ayımsan,
Məni ilk nənə edən
Şirin nəvə payımsan.
Dünyaya gəlişindən
Sevincim aşdı-daşdı.
Qoyduğum bu ad sənə
Gör nə gözəl yaraşdı!”
Şəhla Zahidova
Nə anladın?
B Suallara cavab verin. Mətnə istinadYaradıcı iş
Ç Şeirin məzmununu ssenari şəklində