Düşün və cavab ver
2
A
Mətnin sonunda Elxanın keçirdiyi hissləri hansı atalar sözü ilə ifadə
etmək olar? Aşağıdakı atalar sözlərini izah etməklə seçiminizi
əsaslandırın.
A) Bu günün işini sabaha qoymazlar.
B) Sonrakı peşmançılıq fayda verməz.
C) Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
B
Hansı fikirlə razısınız? Seçiminizi əsaslandırın.
A) Elxan məktubu anasına çatdırmalı idi.
B) Elxan məktubu anasına çatdırmamaqla düzgün hərəkət etmişdi.
C
Aşağıdakı davranışlarda Elxanın xarakterinin hansı cəhətləri açılır?
1. Maddi durumları yaxşı olmadığına görə anasına ekskursiya barədə
heç nə demədi.
2. Müəllimə dedi ki, məktubu anasına çatdırıb.
Ç
Mətndəki hansı hadisə sizə daha çox təsir etdi? Səbəbini izah edin.
Epizod
– mətndə müəyyən bir hadisə ilə bağlı bitkin hissədir.
Məsələn, “Anaya məktub” mətnində aşağıdakı epizodlar var:
• Müəllimin anaya məktub göndərməsi;
• Avtobusun yola düşməsi;
• Elxanın məktubu oxuması və s.
Yaradıcı iş
D
Mətnin məzmununu elə dəyişin ki, sonda Elxan da yoldaşları ilə
gəzintiyə gedə bilsin. Bunun üçün yeni epizodlar düşünün.
E
Mətni Elxanın dilindən nəql edin. Bu zaman Elxanın hiss-həyəcanını
daha qabarıq ifadə etməyə çalışın.