Yazı
4 1
Sonunda uyğun durğu işarələrini qoymaqla cümlələri köçürün.
Cümlələrin məqsədə görə növünü müəyyən edin.
Nümunə Of, çox yoruldum! (Nida cümləsi)
1. Günəşli bir yaz günü idi
2. Azərbaycan əsgərinə eşq olsun
3. Sən hansı kitabı istəyirsən
4. Əlini palçığa vurma
5. Ura, bir azdan tətil başlayır
6. Bu gün ayın neçəsidir
7. Çanta çox ağırdır
8. Tapşırıqları düzgün edin
2
Sözlərin düzgün yazılışını müəyyən edin.
sözdər, quşdar, qoyunnar, dostdar, günnər, insannar, təkərrər, bağbannar,
oğlannar, şirrər, işdər, səhərrər, qardaşdar, buluddar, qatarrar
3
Cümlələrdə fərqləndirilmiş sözlərə diqqət edin. Səhvləri düzəldərək
a) Mən anama bir dəstə nərgiz bağışladım.
cümlələri köçürün.
b) Biz nərgiz xalagilə ad gününə getdik.
a) Müəllim ulduzu lövhəyə çağırdı.
b) Onun gözləri ulduz kimi parıldayırdı.
a) Anar balaca bacısı sevinci bağçaya apardı.
b) Qalib gəldiyimiz üçün sevinc hissi keçirirdik.
4
Nöqtələrin yerinə əlamət bildirən sözlər əlavə etməklə cümlələri
1. Bağban ... almaları səbətə yığdı.
3. Leyla ... şagirddir.
köçürün.
2. Mən qardaşıma ... nağıllar oxuyuram.
4. ... tülkü tələyə düşdü.
5
Hərəkət bildirən sözləri müxtəlif zamanlarda inkar formasında yazın.
Keçmiş İndiki Gələcək
getmək getmədim getmirəm getməyəcəyəm
gecikmək
örtmək
düşünmək