Qardaşlar qərar verdilər:
– Sınağa yalnız birimiz getməliyik. Nə olursa olsun, başladığımız iş davam
etdirilməlidir.
Sınağa kimin gedəcəyi üstündə mübahisə düşdü. Sonda püşk atdılar. Havaya
Orvil qalxacaqdı.
Həyəcanlı an yetişdi. Orvil mühərriki işə saldı . Bir neçə saniyədən sonra
təyyarə havaya qalxdı. Hər kəs həyəcanla bu uçuşu seyr edirdi. Orvil dörd saata
yaxın təyyarəni idarə etdi. İlk dəfə idi ki, bir uçuş aparatı uzun müddət havada
qalmışdı. Orvil sevinclə qışqırdı:
- Ura! Alındı! Biz bacardıq!
Söz ehtiyatı
2
Hansı cümlələrdə fərqləndirilmiş sözlər mətndəki mənasında işlənib?
a) Səlim bu hərəkəti ilə özünü işə salmışdı.
b) Anam paltaryuyan maşını işə saldı.
a) Əli müəllim uzun illərdir, institutu idarə edir.
b) Maşinist qatarı ustalıqla idarə edirdi.
a) Heyif ki, ayrılıq zamanı yetişdi.
b) Bağdakı meyvələr artq yetişmişd.
6-cı bölmə. Dünyanı kəşf edirəm