Söz ehtiyatı
2
Cümlələrdəki hərəkət bildirən sözləri tapın. Həmin sözləri mətndə
1. Sabir atasının sözlərindən sonra xeyli düşündü.
altından xətt çəkilmiş ifadələrlə əvəz edin.
2. Şagirdlər müəllimin izahını yaxşı anlamışdılar.
Nə anladın?
3
Mətnlə bağlı suallara cavab verin.
1. Çay nədən gileylənirdi?
2. Çay Gölü nədə günahlandırırdı?
3. Göl Çaya necə cavab verdi?
4. Çay nə üçün sakitləşdi?
Düşün və cavab ver
4
Mətndə göy rənglə verilmiş abzas hansı şəklə uyğun gəlir?
2 1
Mətndəki məlumatları “Çayın gileyi” mətni ilə müqayisə edin.
YAĞIŞIN YARANMASI
Yağış təbiət hadisələrindən biridir. Bu, uzun bir prosesin nəticəsidir.
Günəşin istisi çayların, göllərin, okeanların suyunu buxarlandırır. Su
buxarı yuxarı qalxır. Buxar soyuq havanın təsirindən su damcılarına
çevrilir. Bu damcılar toplaşaraq buludlar yaradır. Kiçik su damcıları bir-biri
ilə birləşdikdə iri damlalara çevrilir. Damlalar ağırlaşdıqca havada qala
bilmir. Yağışa çevrilib yerə düşür.
Yerə düşən yağış suları çaylara qovuşur. Çaylar axaraq okeana tökülür.
Sonra su yenidən buxara çevrilir.
Beləliklə, suyun təbiətdə dövranı daim təkrar
olunur.
qovuşmaq • dövran
6-cı bölmə. Dünyanı kəşf edirəm