Kiçik Çay uzun illər idi ki, Gölə axırdı. Göl Çayın sularını acgözlüklə udurdu.
Çay isə uzaqlara axıb getmək istəyirdi. Amma arzusu həmişə ürəyində qalırdı.
Bir gün o, Gölə dedi:
- Sən çox acgözsən. Mən yaz-qış, gecə-gündüz
sənin qarnına axıram, heç doymaq bilmirsən. Sən
doysan, mən axıb lap uzaqlara gedərəm.
Göl cavab verdi:
- Sən məni o qədər də acgöz bilmə. Mən öz
suyumdan Günəşə pay verirəm ki, yağış yağdırsın.
- O, yağışı necə yağdırır ki?
• acgöz
• udmaq
• pay vermək
• arzusu ürəyində qalmaq
• buxarlandırmaq
• buxar
- Günəş mənim suyumu buxarlandırıb havaya
qaldırır. Buxar isə göylərdə soyuyub yağışa çevrilir və yerə tökülür.
Çay acıqlı-acıqlı dedi:
- Vermə suyunu Günəşə!
- Axı onda yağış yağmaz.
- Qoy yağış yağmasın.
Göl gülüb dedi:
- Axı onda çaylar quruyar.
Çay fikrə getdi. O hər şeyi başa düşdü və həmin
gündən səsini çıxarmadan sakit-sakit gölə
axmaqda davam etdi.
Əli Səmədli