1 1
Cütlərlə iş. Məlumat vərəqi əsasında 7-10 sual tərtib edin.
Suallara cavab verməklə fillər haqqında mətn qurub danışın.
Fil
Afrika filinin
qulaqları böyük
olur.
Asiya filinin
qulaqları balaca
olur.
Nəsli kəsilmək üzrədir
70 ilə qədər
Sürü şəklində
4 metrə yaxın
Otyeyən
Quruda yaşayan heyvanların ən
böyüyüdür.
Filin xortumu onun burnudur.
Xortum vasitəsilə o, yerdən yemək
götürüb ağzına aparır.
Fili əhliləşdirmək mümkündür. Hindistanda ondan
ağır işlərdə istifadə edilir. Fil çox sədaqətlidir.
Sürüdəki fillər bir-birinə yardım edir, zəifi heç vaxt
atıb getmirlər. Fil öz sahibini də darda qoymur.
2
Nöqtələrin yerinə uyğun bağlayıcıdan istifadə etməklə cümlələri oxuyun.
1. Erkək filin dişləri var, ... dişi filin dişləri yoxdur.
çünki, və, amma
2. Fil ağzı ilə yerdən yemək götürə bilmir, ... onun boynu çox qısadır.
3. Fil Asiya ... Afrika qitələrində yaşayır.
3
Verilmiş sayları sözlə ifadə edib yazın.
32, 3-cü, 832, 28-ci, 112, 218-ci, 2021-ci
4
Lüğətdən istifadə etməklə səhvləri düzəldin və sözləri köçürün.
dörd-künc, addım-ba-addım, həmişə-yaşıl, açıqaşkar, qara-bəniz,
xoş-bəxt, ağqara, qaraqura, sürsümük, it-burnu, qara-dərili