Düşün və cavab ver
4
Nağıl və əfsanələrdə heyvanların şahı kimi, adətən, hansı heyvan təqdim olunur? Səbəbini söyləyin.
5
Sizcə, quşların şahı hansı quş ola bilər? Seçiminizi əsaslandırın.
A
dəvəquşu
B
qartal
B
tovuz quşu
Yazı
6
Heyvanlar şahının adından quşlar şahına məktub yazın.
Quşların şahının adından heyvanlar şahına məktub yazın.
2 1
Quşlar məməli heyvanlardan nə ilə fərqlənir?
Sizcə, yarasa quşdur, yoxsa məməli heyvan?
GECƏQUŞU
Yarasa uça bilsə də, quş deyil. Çünki yumurta
qoymur, balalamaqla çoxalır.
Bu heyvan meşələrdə, mağaralarda, evlərin
damında yaşayır. Əgər qanadları olmasaydı,
onu siçana oxşatmaq olardı. Bədəni tüklə
örtülü, qulaqları böyükdür. Yarasa ayaqlarının
üstündə dayana bilmir. Onun qanadlarının ucunda qarmaq şəklində
dırnaqlar var. Bu dırnaqları ilə ağacların budaqlarından yapışıb başıaşağı
sallanır.
Yarasa yemək əldə etmək üçün gecələr ova
çıxır. Buna görə ona “gecəquşu” da deyirlər. O,
zülmət gecədə heç bir maneəyə toxunmadan
sürətlə uçur.
Bəs yarasa gecənin qaranlığında necə görür?
Bunun üçün o, ətrafa səs dalğaları buraxır. Bu səs dalğaları qarşıdakı
maneələrə toxunub geri qayıdır. Yarasa geri qayıdan səs dalğalarını
qulaqları vasitəsilə qəbul edir. Beləliklə, o, maneələrin yerini təyin edir və
onlardan yan keçir.
Yarasa nə qədər qorxunc görünsə də, insan həyatı üçün təhlükəli deyil.
Lakin Cənubi Amerikada vampir adlanan kiçik yarasalar başqa heyvanların
qanını sormaqla qidalanırlar.
5-ci bölmə. Qəribə canlılar