Məktub quşların şahına çatan kimi o öz əsgərlərini çağırıb onlara əmr
etdi:
- Yarasa özü deyib ki, quşdur. Quş olduğu üçün mənə yemək payı
verməlidir. Gedin, ondan payımı alın.
Əsgərlər şahın əmrini yerinə yetirməyə getdilər. Onlar Yarasanın
yanına gəlib dedilər:
- Biz sənin yanına uçub gəlmişik ki,
şahımızın yemək payını alaq.
Yarasa kefini pozmadan dedi:
- Siz elə bir quş görmüsünüz ki, onun
dişləri olsun? Mən quş deyiləm. Harada
görünüb ki, heyvan quşların şahına tabe
olsun. Gedin, şahınıza deyin ki, mən ona
heç bir pay verməyəcəyəm.
Əsgərlər Yarasanın cavabını quşların
şahına çatdırdılar. Quşların şahı yamanca
qəzəbləndi. Tez heyvanların şahına məktub
yazdı ki, pusqu qurub hiyləgər Yarasanı
tutsunlar.
Ertəsi gün əsgərlər səhər tezdən yola
düşüb cəngəllikləri, mağaraları axtardılar.
Amma Yarasanı tapa bilmədilər.
O vaxtdan Yarasa gündüzlər gizlənir,
gecələr özünə yemək axtarmaq üçün ova
çıxır.
Nə anladın?
2
Yarasa quş olduğunu necə izah etdi?
Bəs heyvan olduğunu sübut etmək üçün əsgərlərə nə dedi?
3
Mətnə çəkilmiş illüstrasiyalar əsasında yarasa haqqında nə deyə
bilərsiniz?