Yazı
3 1
Cümlələrin hissələrini uyğunlaşdırın.
1
Sincab qoza tapdı, amma ...
2
Sincab qoza tapdı və ...
3
Sincab qozanı yemədi, çünki ...
A
onu torpağa basdırdı.
B
xışıltı səsi onu qorxutdu.
C
onu yeyə bilmədi.
Söz və cümlələri bir-biri ilə əlaqələndirmək üçün bağlayıcı adlanan
sözlərdən istifadə edirik:
• Yay gəldi və biz tətilə buraxıldıq.
• Anar və Murad bir yerdə dərsə hazırlaşırdılar.
• Aydan gəlib çıxdı, ancaq Tofiq hələ də görünmürdü.
• Çətir götürmək lazımdır, çünki yağış yağa bilər.
Amma, ancaq, lakin, çünki, ona görə də bağlayıcılarından əvvəl vergül (,)
işarəsi qoyulur. Və bağlayıcısı isə vergülsüz işlənir.
2
Hansı cümlədə “və” bağlayıcısı cümlələri bir-birinə bağlayır?
1. İnək, qoyun və keçi ev heyvanlarıdır.
2. Birdən göy guruldadı və yağış yağmağa başladı.
3. Kitabxanada Aynur və Sevinclə rastlaşdım.
3
Nöqtələrin yerinə uyğun bağlayıcılar əlavə etməklə cümlələri köçürün.
1. Zəng vuruldu ... biz yerimizdən tərpənmədik.
Uyğun yerlərə vergül işarəsi qoyun.
çünki, ancaq, ona görə də, və
2. Müəllim Cəfəri təriflədi ... o, təqdimata yaxşı hazırlaşmışdı.
3. Hücum əmri verildi ... əsgərlər irəli atıldılar.
4. Məktəbimiz evdən uzaqda yerləşir ... mən məktəbə avtobusla gedirəm.
4
Hansı cümlədəki bağlayıcını “ancaq” və ya “lakin” bağlayıcısı ilə əvəz
1. Biz çox sevinirdik, çünki əsgərlərimiz qələbə ilə qayıtmışdılar.
etmək olar?
2. Külək əsmirdi, amma dənizdə dalğalar var idi.
3. Dəniz dalğalı idi, ona görə də biz qayığa minmədik.