1 1
Mətnin başlığını oxuyun və şəkillərə baxın. Sizcə, mətndə nədən
danışılır?
BAĞBAN SİNCAB
Bir payız səhəri Sincab ağacda, yuva-
sında
oturub ətrafa baxırdı. Birdən gözü
yerə düşmüş şam qozasına sataşdı.
- Nə yaxşı oldu, tez onu götürüm,
yeyim, - deyərək Sincab cəld ağacdan
aşağı düşdü.
Bu, içi tumla dolu gözəl bir şam
qozası idi. Sincab qozanı götürdü.
Çevrilib ətrafına nəzər saldı ki , görsün
ona baxan var, ya yox. Heç kəs yox idi.
O, qozanı rahat yemək üçün bir qədər kənara qaçdı. Öz-özünə dedi:
- Hə, indi heç kəs qozanı məndən ala bilməz. Oturum, yeyim.
Sincab qozanı dişinə aparmışdı ki, uzaqdan bir xışıltı eşitdi.
- Deyəsən, gələn var. Qoy qozanı yerə basdırım. Sonra gəlib yeyərəm.
Yoxsa əlimdən alarlar.
Sincab qozanı torpaqda gizlətdi. Cəld qaçıb ağaca dırmaşdı. Demə,
xışıltı salan çölsiçanı imiş, otların arası ilə yuvasına nə isə aparırmış.
Sincab ağacdan ağaca atıla-atıla öz yuvasına getdi. Qoza heç fikrindən
çıxmırdı. Elə yekə qoza idi ki... Lap gəl-gəl deyirdi.
Axşam düşdü. Sincab dedi:
- Hə, indi gedim, qozanı tapım, yeyim.
Onun nə isə pıçıldadığını görən Qarğa soruşdu:
- Bayaqdan sənə baxıram, ay balaca. Gözümə
çox narahat dəyirsən. De görüm, nə olub?
• qoza
• gözü sataşmaq
• nəzər salmaq
• gəl-gəl demək
• kəkələmək
• göz gözü görməmək
• mat qalmaq