Yazı
2 1
Hansı sözlər hərəkətin icra olunmadığını bildirir?
görüşdülər, dayandı, bax, dayanmadı, davranır, baxacaq, davranmır, deyib,
baxmayacaq, yazmışam, deməyib, görüşmədilər, yazmamışam, baxma
Hərəkət bildirən sözlər
Təsdiq İnkar
Hərəkətin icra olunduğunu bildirir | Hərəkətin icra olunmadığını bildirir |
• gəldi • bilir • yazacaq | • gəlmədi • bilmir • yazmayacaq |
Hərəkət bildirən sözləri inkarda işlətmək üçün, əsasən, -ma, -mə
şəkilçisindən istifadə edilir.
2
Sözləri inkarda işlədin.
düşünür, açdı, bişirəcək, darayır, hesablayıb, qarışdırdı, sevinir, təmizlə
3
Cümlələri uyğun gələn sözlə tamamlayın.
1. Rəşad həmişə tezdən ... . ( oyanır / oyanmır )
2. Zəhra düzgün cavab verdiyi üçün ... . (sevindi / sevinmədi)
3. Əsl dost çətin gündə ... . (tanınar / tanınmaz)
4. Səməd incisə də, bir söz ... . (dedi / demədi))
5. Bu mahnını heç kim ... . (dinlədi / dinləmədi)
4
Hərəkət bildirən sözləri müxtəlif zamanlarda inkarda yazın.
Keçmiş İndiki Gələcək
çıxmaq çıxmadım çıxmıram çıxmayacağam
qaçmaq
atmaq
fikirləşmək
4-cü bölmə. Yaxşı nədir, pis nədir?