Söz ehtiyatı
2
Nöqtələrin yerinə “söz mücrüsü”ndən uyğun gələn sözləri yazmaqla
1. ... rəngbərəng çiçəklərlə örtülmüşdü.
cümlələri tamamlayın.
2. Arı çiçəklərdən ... çəkir.
3. Rəsul gördüyü işdən ... .
4. Müəllim sinifdə ... yaratmışdı.
Nə anladın?
3
Mətnlə bağlı suallara cavab verin.
1. Ballı və Vız-vız harada görüşürdülər?
2. Milçəklər necə yaşayırdılar?
3. Ballının evində Vız-vızı nə təəccübləndirdi?
Düşün və cavab ver
4
Cümlələri mətnin məzmununa əsasən tamamlayın.
1. Elə milçək var idi ki, həddən artıq kökəlmişdi, çünki ... .
2. Milçəklərin bəzisi qanadlarını tərpədə bilmirdi, çünki ... .
3. Milçəklərin hamısı qaşqabaqlı idi, çünki ... .
4. Bütün arılar şən və xoşbəxt idi, çünki ... .
5
Ballının ailəsinə aid xüsusiyyətləri müəyyənləşdirin. Mətndən uyğun
zəhmətkeş, ədalətsiz, intizamlı, ədalətli, şən, qaşqabaqlı
epizodları danışmaqla fikrinizi əsaslandırın.
6
“Ballı və Vız-vız” mətninin ideyasını əks etdirən fikri hansı obraz söyləyir?
Həmin cümlələri mətndən seçib oxuyun.
Təqdimat
7
“Ballı və Vız-vız” mətnində verilmiş məlumatlara əsasən bal arısı
haqqında məlumat vərəqi hazırlayın.