Nə anladın?
3
Mətnə əsasən hadisələrin ardıcıllığını müəyyənləşdirin.
A
Uşaqlardan biri Dilarənin üzünü sildi.
B
Uşaqlardan biri Dilarəni “Qar qız”a bənzətdi.
C
Dilarənin üz-gözü təbaşirə bulaşdı.
Ç
Yoldaşları Dilarənin görkəminə gülüşdülər.
Düşün və cavab ver
4
Sinif yoldaşlarının Dilarəyə qarşı etdiyi hərəkətlərə münasibət bildirin.
Nümunələr söyləməklə fikrinizi əsaslandırın.
5
Sizcə, bu hadisədən sonra Dilarənin yoldaşlarına qarşı münasibəti
dəyişəcəkmi? Hadisələrin davamını təxmin edin.
6
Plan əsasında “Dilarə” şeirinin qısa məzmununu yazın.
• Dilarənin təbaşirə bulaşması
• Kobudluq edən sinif yoldaşları
• Əsl yoldaşın köməyi
7
Aşağıda verilmiş davranış qaydaları ilə tanış olun. Uyğunluğu müəyyən
edin. Əlavələr etməklə sinfiniz üçün davranış qaydaları hazırlayın.
A
Paylaşmağı bacarın.
B
Yoldaşlarınızla mehriban davranın.
C
Bir-birinizi dinləyin.
Ç
Bir-birinizə dəstək olun.
4-cü bölmə. Yaxşı nədir, pis nədir?