Yazı
4 1
Sözləri oxuyun. Sizcə, nə üçün bəzi sözlər böyük hərflə yazılıb?
ana, Əli, Ömər, baba, canavar, ata, Cəlal, Murad, pişik, Məstan
Yer, şəxs və heyvanlara verilən adların ilk hərfi həmişə böyük yazılır.
Cümlənin əvvəlində:
Murad həqiqəti söyləmədi.
Cümlənin ortasında:
Fincanı Murad sındırmışdı.
Cümlənin sonunda:
Həqiqəti söylə, Murad.
2
Uyğunluğu müəyyən edin. Nümunəyə uyğun yazın.
Nümunə
şəhər – Bakı
• şəhər, ölkə, oğlan, qız, dəniz, çay, planet, pişik, it
• Məstan, Xəzər, Mars, Azərbaycan, Bakı, Kür, Əli, Toplan, Leyla
3
Aşağıdakı adları cədvəl üzrə qruplaşdırın.
Alabaş, Şuşa, Sənan, Ayşə, Gədəbəy, Qaraxal, Ağmur, Günel, Mingəçevir
Yer adları Şəxs adları Heyvanlara verilən adlar
4
Hansı cümlədə “lalə” sözü böyük hərflə yazılmalıdır?
A
Fəridə laləyə təşəkkür etdi.
B
Fəridə bir dəstə lalə topladı.
Elə sözlər var ki, cümlədən asılı olaraq bəzən böyük, bəzən də kiçik
hərflə yazıla bilər.
1. Tofiq kömək üçün Xəyalı çağırdı.
2. Tofiq kosmonavt olmaqla bağlı xəyal qururdu.
5
Həm böyük, həm də kiçik hərflə yazıla bilən sözləri seçin. Cümlələrdə
arzu, kitab, Gəncə, Fərid, ulduz, nərgiz, Nigar, ot, çiçək, vərəq, sevinc, Bakı
işlətməklə fikrinizi əsaslandırın.
4-cü bölmə. Yaxşı nədir, pis nədir?