1 1
Zəhmətkeş olmağın insan üçün hansı faydaları var?
BAĞBAN VƏ OĞULLARI
(rəvayət)
Bağbanın üç oğlu var idi. Onlar çox tənbəl idilər.
Bütün günü yeyib-yatar, əllərini bir işə vurmazdılar.
Bağban nə qədər çalışırdısa, onları zəhmətə öyrəşdirə
bilmirdi.
Bağban nə vaxt idi ki, xəstələnmişdi. Ona görə də
bağı əkib-becərən yox idi. Oğlanları da bağa yaxın
durmurdular. Bir gün bağban övladlarını çağırıb dedi:
- Bu bağda bir dəfinə basdırmışam. İllərdir ki, əl vur-
murdum.
Pis gün üçün saxlamışdım. İndi isə yerini
unutmuşam.
• əkib-becərmək
• dəfinə
• bel
• belləmək
• var-dövlət
Oğlanlar dəfinə adı eşidən kimi çox sevindilər. Hərəsi əlinə bir bel alıb
bağın hər tərəfini bellədilər. Lakin dəfinə tapılmadı. Onlar kor-peşman evə
döndülər.
Həmin il bağ üçqat artıq məhsul verdi. Qardaşlar bağın meyvəsini satıb
çoxlu var-dövlət əldə etdilər. O vaxtdan onlar bağa yaxşı qulluq edirlər: hər
yaz torpağı belləyir, ağacların dibini yumşaldırlar.