1 1
Mətni oxuyun, uyğun gələn başlığı müəyyənləşdirin.
Oxuduğun kitabın yaxşı olub-olmadığını bilmək istəyirsən? Əslində, bu
səni, yəqin ki, düşündürür. Buna cavab tapmaq istəyirsənsə, kitabı
oxuyub bitirəndən bir neçə ay sonra kitabı yenidən əlinə al. Əgər kitabı
bir daha oxumaq istəsən, deməli, yaxşı kitabdır.
A maraqlı kitab B yaxşı oxucu C oxumaq həvəsi
2
Verilmiş cümlələri qruplaşdırın.
1. Uşaqlar məktəbə getməyə hazırlaşırdılar. 2. Sabah saat neçədə
görüşürük? 3. Otağını səliqəyə sal. 4. Götürdüklərini yerinə qoy.
5. Təzə xəbərləri eşitmisənmi? 6. Hava necədir? 7. Yaşasın Azərbaycan!
8. Mən qardaşımla kitab mağazasına gedirəm. 9. Biz torpaqlarımızı azad
etdik! 10. Şuşaya getmisənmi?
Nəqli cümlə Sual cümləsi Əmr cümləsi Nida cümləsi
3
Uyğun durğu işarələrindən istifadə etməklə cümlələri köçürün.
A
Oh, hava necə də istidir
B
Sənin neçə yaşın var
C
Səhər dediyin yerə gedəcəyəm
Ç
Uşaqlar hansı tədbirə hazırlaşırlar
4
Mürəkkəb cümlələri müəyyənləşdirin.
1. Səhər açıldı, quşların səsi ətrafa yayıldı.
2. Xalid, dərslərini bitirdinmi?
3. Dərslərini tez bitir, axşam bizə qonaq gələcək.
4. Yağış yağdı, torpaq islandı.
5. Gedəndə qapını bağla, zəhmət olmasa.