1 1
Mətni oxuyun və sualları cavablandırın.
ƏLƏDDİNİN SEHRLİ ÇIRAĞI
• dünyadan köçmək
• rəhmətə getmək
• mat-mat baxmaq
• tacir
Keçmiş zamanlarda Şam şəhərində Mustafa adlı yoxsul bir dərzi yaşayırdı.
Dərzinin Ələddin adlı tənbəl bir oğlu var idi. Yazıq kişi onun tənbəlliyini dərd
edirdi. Elə bu dərdlə də günlərin bir günü dünyadan köçdü. Ələddinlə anasının
işi lap çətinləşdi. Yaşlı qadın onun-bunun evində işləyib birtəhər çörəkpulu
qazanırdı.
Bir gün Ələddin həmişəki kimi
bazarda boş-boşuna gəzirdi. Birdən
onun qarşısına hündürboy bir kişi
çıxdı. Ələddinə diqqətlə baxıb soruşdu:
- Sən dərzi Mustafanın oğlusan?
- Bəli. Ancaq atam iki aydır, rəhmətə
gedib.
- Necə?! Mənim qardaşım rəhmətə
gedib?! - deyə kişi ağlamağa başladı.
Sonra sakitləşib ona mat-mat baxan
Ələddinə dedi:
3-cü bölmə. Sevimli qəhrəmanlarım