Yazı
5
Mətndə altından xətt çəkilmiş cümlələrin sonundakı durğu işarələrinə
diqqət yetirin. Sizcə, hansı cümlə yüksək intonasiya ilə oxunmalıdır?
Nə üçün?
Dilimizdə elə cümlələr var ki, arzu, xahiş, əmr bildirir. Belə cümlələr əmr
cümləsi adlanır və sonunda nöqtə (.) işarəsi qoyulur.
Dərslərini oxu. Mənə kömək et.
6
Əmr cümləsini müəyyənləşdirin.
A
Nə vaxt işə gedəcəksiniz?
C
Bu gün ayın 3-üdür.
B
İşlərini vaxtında bitir.
D
Sabah işlərimiz uğurlu olacaq.
Cümlənin yüksək intonasiya ilə deyildiyini göstərmək üçün cümlənin
sonunda nida işarəsi (!) qoyulur.
Qarabağ Azərbaycandır! Ah, bu paltar necə də xoşuma gəldi!
Hiss-həyəcanı çatdırmaq üçün çox zaman emosiya ifadə edən sözlərdən –
nidalardan istifadə olunur: Ura, bu gün gəzməyə gedəcəyik!
7
Cümlələrin kontekstinə uyğun olaraq nöqtələrin yerinə uyğun gələn
1. ..., nə gözəl havadır! Deməli, dənizə gedə biləcəyik.
nidaları əlavə edin.
ah, ay, vay, bəh-bəh, ay aman, ura, oy
2. ..., necə pis yıxılmısan! Gəl yaranı yuyum.
3. ..., ürəyim ağrıyır! Mənə dərman verin.
4. ..., sabah dostlarımla kinoya gedəcəyəm!
5. ..., nə qəşəng paltarın var! Sənə çox yaraşır.
6. ... qız, mənə kömək et! Əlimdəki çanta ağırdır.
7. ..., kömək edin! Meşə yanır.