Beləliklə, Pişik iki-üç ay dalbadal krala markiz
Karabasın adından müxtəlif hədiyyələr apardı.
• cəza • otçalanlar • qəsr
əlahəzrət • evləndirmək
Bir dəfə Pişik eşitdi ki, kral qızı ilə
karetdə çay sahilinə gəzməyə
çıxmağa hazırlaşır. O öz ağasına dedi:
- Əgər mənə qulaq assan, ömrün
boyu xoşbəxt olarsan.
Bu gün
mənim göstərdiyim yerdə çaya
çimməyə get. Başqa heç nə ilə işin
olmasın!
Ağa Pişiyin sözünə qulaq asıb çaya çimməyə getdi.
O, çayda çimdiyi zaman kral çayın sahilindən keçirdi. Pişik karetin yaxınlaşdığını
görən kimi var gücü ilə çığırmağa başladı:
- Kömək eləyin! Kömək eləyin! Markiz Karabas batır.
Kral bu səsi eşidib karetdən baxdı. Dəfələrlə onun üçün hədiyyə gətirən Pişiyi
tanıdı. Nökərlərinə əmr etdi ki, tez markiz Karabasa kömək etsinlər.
Markizi çaydan çıxarana kimi Pişik karetə yaxınlaşıb krala danışdı ki, markiz
çiməndə onun paltarlarının hamısını
oğrular aparıblar.
Kral öz saray adamlarına əmr etdi
ki, onun ən yaxşı geyimlərindən bi-
rini
markiz Karabas üçün gətirsinlər.
Markiz hazır olan kimi kralın və
qızının qarşısına çıxdı. Kral onunla
mehriban-mehriban danışmağa
başladı, sonra karetə minib onlarla
gəzməyi təklif etdi.
Dəyirmançının oğlu çox yaraşıqlı
idi. Kral geyimində daha da
gözəlləşmişdi. Hiss olunurdu ki, o,
kralın və qızının xoşuna gəlib.