1 1
Mətni oxuyun və sualları cavablandırın.
ÇƏKMƏLİ PİŞİK
• çörəkpulu
• cüt
• torba
• miras
• markiz
• qanı qaralmaq
Biri vardı, biri yoxdu, bir dəyirmançı
vardı. Bunun üç oğlu vardı. Dəyirmançı
öləndə var-yoxunu oğlanlarının arasında
bölüşdürdü: böyük oğluna dəyirmanı,
ortancıl oğluna uzunqulağı, kiçik oğluna
pişiyi verdi.
Kiçik qardaşın qanı qaraldı. О öz-özünə
dedi:
– Qardaşlarım rahat yaşayıb çörəkpulu
qazanacaqlar. Mənim isə işim çətindir.
Mən pişiklə nə edəcəyəm?
Pişik bu sözləri eşitdi və ağasına dedi:
- Ağa, fikir çəkmə. Sən mənə bir torba
və bir cüt uzunboğaz çəkmə ver. Onda
görərsən ki, sənə düşən miras payı fikirləşdiyin kimi də pis deyil.
Oğlan Pişiyin dediklərini ona verdi. Pişik tez çəkmələri geyindi, torbaya kələm
qoydu və meşəyə getdi.
O, dovşan tutmaq üçün meşədə kolların dalında gizləndi. Elə təzəcə
gizlənmişdi ki, bir dovşan gəlib torbaya girdi. Pişik cəld torbanın ağzını bağladı.
Pişik birbaşa kralın sarayına getdi. Qapıda xahiş etdi ki, onu kralın yanına
buraxsınlar. Pişik kralın yanına gələndə baş əyib dedi:
- Ey böyük kral! Markiz Karabas mənə əmr etdi ki, bu dovşanı sizə gətirim.
Kral dedi:
- Ağana de ki, mən onun hədiyyəsindən razı qaldım, çox sağ olsun!
Pişik baş əydi və saraydan çıxıb getdi.
Səhəri gün o, iki dənə kəklik tutdu və krala apardı. Kral kəklikləri götürüb yenə
razılığını bildirdi, sonra əmr verdi ki, Pişiyi yeməyə qonaq eləsinlər.
3-cü bölmə. Sevimli qəhrəmanlarım