5
Məlikməmməd obrazı haqqında fikirlərinizi ifadə edin.
Məlikməmməd
ağıllıdır,
cəsurdur,
dözümlüdür,
çünki ...
çünki ...
çünki ...
Yazı
3 1
Altından xətt çəkilmiş cümlələrə diqqət yetirin. Sonunda qoyulan durğu
işarəsinə görə düzgün intonasiya ilə oxumağa çalışın.
Məlumat vermək məqsədilə işlədilən cümlələr nəqli cümlələrdir:
Uşaqlar məktəbə gedirlər. Dərslər iyun ayında bitir.
Cavab almaq məqsədilə işlədilən cümlələr sual cümlələri adlanır:
Evə nə vaxt gedəcəksən? Bu gün ayın neçəsidir?
Nəqli cümlələrin sonunda nöqtə (.), sual cümlələrinin sonunda sual işarəsi
(?) qoyulur.
2
Buraxılmış durğu işarələrini yerinə yazmaqla dialoqu köçürün.
– Kamran, sən bu gün kitabxanaya gedəcəksənmi
– Bəli, gedəcəyəm
– Müəllim hansı kitabı oxumağı tapşırdı
– “Azərbaycan nağılları” kitabını
– Birlikdə gedəkmi
– Bəli, gedək
3
Verilmiş cavablara əsasən sual cümlələri qurun.
– ...
– Məktəbim evin yaxınlığında yerləşir.
– ...
– Üçüncü sinifdə oxuyuram.
– ...
– Ən çox sevdiyim fənn riyaziyyatdır.