Padşah icazə verir. Amma
tapşırır ki, qardaşlarını da özü
ilə götürsün.
Məlikməmməd və qardaşları
Divin izi ilə gedib bir quyunun
başına çatırlar. Başa düşürlər ki,
Div quyuya düşüb. Qardaşlar
onun dalınca getmək qərarına
gəlirlər.
Böyük qardaş belinə ip
bağlayıb düşür quyuya. Elə bir
az enəndən sonra başlayır
qışqırmağa:
- Ay, yandım, çəkin yuxarı!
Tez böyük qardaşı qaldırırlar
yuxarı. Ortancıl qardaş quyuya
düşür. O da böyük qardaş kimi quyunun yarısına çatanda qışqırmağa başlayır:
- Ay, yandım, çəkin yuxarı!
Sıra Məlikməmmədə gəlir. Məlikməmməd deyir:
- Məni quyuya sallayın, amma nə qədər
“yandım” desəm də, qulaq asmayın.
Məlikməmmədi quyuya sallayanda o da o biri
qardaşları kimi qışqırmağa başlayır:
- Ay, yandım, çəkin!
Qardaşları bu sözlərə qulaq asmırlar. Məlikməmməd bir az da aşağı enəndə
hiss edir ki, isti azalır. Quyunun dibinə çatan kimi bir o yana, bir bu yana baxır,
görür, bir yol var. Məlikməmməd bir otaq tapır. Qapını açıb görür ki, burda bir
gözəl qız var. Div də başını bu qızın dizinin üstünə qoyub taxtda yatır.
Qız Məlikməmmədi görcək deyir:
- Ey cavan, kimsən? Niyə gəlmisən? Qaç, gizlən! Div yaralanıb, qəzəblidir,
ayılıb səni görsə, bir dəqiqə də sağ qoymaz.
Məlikməmməd deyir:
- Mən elə bu Divlə vuruşmağa gəlmişəm.
ədalətlə • qəzəbli
Zümrüd quşu • taxt
3-cü bölmə. Sevimli qəhrəmanlarım