Təqdimat
2 1
Qruplarla iş. Əldə etdiyiniz məlumatlardan istifadə etməklə verilmiş
mövzularda məlumat vərəqi hazırlayın və təqdimat edin.
I qrup. “I Qarabağ müharibəsi”
II qrup. “II Qarabağ müharibəsi”
III qrup. ““Şuşa”
IV qrup. “Xarıbülbül”
Yazı
2
Mətndə altından xətt çəkilmiş sözləri tələffüz edin. Yazılışla tələffüz
arasında fərqin olub-olmadığını müəyyənləşdirməyə çalışın.
Dilimizdə elə sözlər var ki, b, c, d, g samitləri ilə bitir. Onları düzgün
yazmaq üçün sözün sonuna saitlə başlanan şəkilçi artırmaq lazımdır.
Məsələn: kitaba, tüfəngin, kərpicə və s.
3
Nöqtələrin yerinə uyğun gələn hərfləri yazmaqla sözləri köçürün.
pələn... ( g/k ), qəşən... (k/g), qazan... ( c/ç ), dör... ( d/t ),
nəhən... ( k/g ),
Talı... ( b/p ), qali... (b/p), bulu... ( t/d )
4
Altndan xətt çəkilmiş sözləri düzgün yazmaqla cümlələri köçürün.
1. Əqrəplər səhralarda yaşayır.
2. İnsan qarşısına məqsət qoymalıdır.
3. Nənə nəvəsinə yun corap toxudu.
4. Otağımı boyamaq üçün isti rənklər seçmişdim.
5. Nərgiz ağaçdan albalı dərdi.
5
Səhv yazılmış sözü müəyyənləşdirin.
a) armud
b) qarpız
c) qəşənk
ç) dolab
a) rəng
b) tüfəng
c) kərpiç
ç) çərpələng
a) kəşfiyyat
b) şabalıd
c) şahid
ç) igit
2-ci bölmə. Ana vətən