Yazı
2 1
Nöqtələrin yerinə uyğun gələn hərfi müəyyən edin. Deyiliş və yazılış
arasındakı fərqi izah etməyə çalışın.
k...manda
k...mpüter
m...tor
Dilimizdə elə sözlər var ki, tərkibindəki o
saitinin deyilişi və yazılışı fərqlənir. Belə
sözlərin yazılışına xüsusi diqqət etməliyik:
Doğru | Yanlış |
proqram | praqram |
2
Nöqtələrin yerinə uyğun gələn hərfi yazın.
vel…siped, k…smos, k…ndisioner, k…nfet, k…lbasa
3
Dördündən birində “o” hərfi digər sözlərdən fərqli tələffüz olunur.
A opera
A kompas
A forma
A piano
B problem
B poçt
B zavod
B oktyabr
C kollektiv
C kollaj
C kontur
C kompaniya
D Moskva
D kompleks
D kosmonavt
D noyabr
5
Səhvləri düzəltməklə cümlələri dəftərinizə köçürün.
1. Samir kanfet yeməyi xoşlayır. 2. Arzu böyüyəndə kasmanavt olacağını
deyir. 3. Matorlu qayıq sahilə yaxınlaşdı. 4. Paçtalyon məktub gətirmişdi.
5. Həsən ensiklapediyadan məlumat topladı.