Nə anladın?
2
Doğru (D), yoxsa yanlış (Y)?
1. İlk dəfə bayraqdan döyüşlərdə istifadə ediblər. D Y
2. Bayraqdar bayrağı aparan döyüşçüdür. D Y
3. Dövlətlər bayraqdan döyüşdə istifadə edirdilər. D Y
4. Ağ bayraq qaldırmaq dövlətin uduzmağı deməkdir. D Y
5. İdman yarışlarında yalnız qalib gələn dövlətin bayrağı qaldırılır. D Y
Düşün və cavab ver
3
Mətnə əsasən bayrağın yaradılmasının müsbət cəhətlərini göstərin.
4
Sizcə, dövlətlərin bayraqları olmasaydı, necə olardı?
2 1
Mətni oxuyun, tapşırıqları yerinə yetirin.
Bayraqlarda istifadə olunan rənglər və işarələr həmin dövlətin
mədəniyyəti, dini, tarixi, təbii sərvətləri və s. haqqında məlumat verir.
Ona görə müxtəlif dövlətlərin bayraqları fərqli olur.
Məsələn, Türkiyənin bayrağının üstündə aypara və ulduz, Kanadanın
bayrağının üzərində iki tərəfdən qırmızı zolaq, ortada yarpaq şəkli
çəkilmişdir. Yaponiya bayrağında isə ağ rəngli düzbucağın mərkəzində
ancaq tünd-qırmızı rəngli dairə vardır.
Bayraqlardakı rənglərin və işarələrin öz mənaları vardır.
2
Mətnə əsasən bayraqların aid olduğu dövlətləri müəyyən edin.
Livan Respublikasının bayrağı