Təqdimat
2 1
Qruplarla iş. Yeni məlumatlara və oxuduğunuz mətnə əsasən verilmiş
mövzular əsasında təqdimat hazırlayın.
I qrup. “Azərbaycan musiqisi”
II qrup. “Azərbaycanın sərvətləri”
III qrup. “Azərbaycanın tarixi abidələri”
IV qrup. “Azərbaycanın nağılları”
1. Azərbaycanın görkəmli bəstəkarları vardır.
2. Atəşgah və Qız qalası da qədim tarixi abidələrdəndir.
3. Azərbaycan nefti çox keyfiyyətlidir.
4. Azərbaycan nağıllarındakı obrazlar çox maraqlıdır.
5. Qız qalası Bakıda yerləşir.
6. Üzeyir Hacıbəyli Azərbaycanın böyük bəstəkarıdır.
7. Bəzi nağıl obrazlarına digər xalqların nağıllarında da rast gəlinir.
8. Azərbaycan dünyanın bir çox ölkələrinə neft verir.
Yazı
2
Sözlərdə nöqtələrin yerinə uyğun gələn hərfləri müəyyən edin.
çiçə...
çiçə...in
çiçə...ə
Bəzi sözlərin sonunda k samitinin deyilişi ilə yazılışı fərqlənir. Belə sözlərin
yazılışına xüsusi diqqət etməliyik:
Doğru | Yanlış |
külək | küləy |
Bu cür sözlərə saitlə başlanan şəkilçi artıranda yazıda k hərfi y hərfinə
keçir: Məsələn: bilik - biliyin, ürək - ürəyim, görmək - görməyə və s.
3
Nöqtələrin yerinə uyğun gələn hərfləri yazmaqla cümlələri köçürün.
1. Kaktus çiçə... açmışdı. 2. Külə...in səsi bərk gəlirdi. 3. Ana dilini sevmə...
və qorumaq lazımdır. 4. Aysu göldə üzən ördə...ə baxırdı. 5. Samir
mağazadan çörə... aldı. 6. Otağın küncünə böyü... dibçə... qoyulmuşdu.
4
Səhvləri düzəldərək mətni dəftərinizə köçürün.
Uşaqlar çəmənlikə gəldilər. Səbinə çəməndə kəpənəyləri, çiçəyləri görüb çox
sevindi. Kəpənəylər rəngbərəng idi. Havada uçuşur, çiçəydən çiçəkə qonurdu.
Səbinə bir kəpənəy gördü. Qanadları gömgöy idi. Çox gözəl görünürdü.