1 1
Şeiri oxuyun. Suallara cavab verin.
SƏN NƏ YAXŞI NƏNƏSƏN!
“Ay mənim oğul balam!
Qənd balam, noğul balam!"
Söyləyirsən, can nənə!
Evimizdə hamıdan
Mehribansan sən mənə.
Mən səndən öyrənmişəm
Azərbaycan dilini.
Qarlı dağlarımızın
Çiçəyini, gülünü
Tanıtmısan mənə sən,
Sən nə yaxşı nənəsən!
Hüseyn Abbaszadə
1. Şeirin müəllifi kimdir?
2. Şeirdə neçə bənd var?
3. Hər bənddə neçə misra var?
4. Şeirin qafiyələnən sözlərini müəyyən
edin.
2
Nəvə nənəsindən nələri öyrənib? Şeirdən həmin misraları oxuyun.
Söz sırasını bərpa edib köçürün.
3
Verilmiş əlamətlərə uyğun şeirdən sözlər seçin.
1. Qalın, dodaqlanmayan saitlərdən ibarət sözlər:
2. İncə, dodaqlanmayan saitlərdən ibarət sözlər:
3. Qalın, dodaqlanan saitlərdən ibarət sözlər:
4. İncə, dodaqlanan saitlərdən ibarət sözlər:
4
Şeirin birinci bəndində ahəng qanununa tabe olmayan sözü seçin.
5
“Azərbaycan” sözünə şəkilçilərdən uyğun gələnləri əlavə edib yazın.
-dır, -dur, -im, -də, -ım, -dan, -dən, -da
6
Şeirin 1-ci bəndində fərqləndirilmiş hansı sözləri sətirdən sətrə keçirmək
olmaz?