Nə anladın?
2
Mətnə əsasən suallara cavab verin.
1. Mətndə kimdən danışılır?
2. Lətif haqqında hansı məlumatları aldınız?
3. “Nəsildə adlar yaşamalıdır” cümləsini necə başa düşürsünüz?
Söz ehtiyatı
3
Nöqtələrin yerinə “söz mücrüsü”ndən uyğun gələn sözləri yazmaqla
cümlələri tamamlayın.
1. Qocalara ... elə, sən də qocalacaqsan.
2. Bacımın ad günü Novruz bayramına ... .
3. Müğənninin xoş, ... səsi var idi.
4. Əli ilə Əkrəm yeni ... yaratmışdılar.
Düşün və cavab ver
4
Sizcə, Lətif hansı ayda və gündə anadan olub? Mətndəki hansı cümlə
sualın cavabını müəyyənləşdirməyə kömək etdi?
5
Anketlə tanış olun. Nümunəyə uyğun olaraq yoldaşınız haqqında anket
tərtib edin.
Adı: Sona
Soyadı: Hüseynova
Yaşı: 9
Ailəsi: baba, nənə, ata, ana, bacı
Sinfi: üçüncü
Hobbisi: rəqs etmək
Düzgün yazaq
6
Nümunəyə əsasən sözlərin düzgün yazılışını müəyyən edib yazın.
sayit, şayir, təbiyət, diyaloq, dayimi, Səyidə, stadiyon, Nayilə, kayinat
Nümunə
Yanlış
Doğru
ayilə
ailə
1-ci bölmə. Ailə və məktəb